“Çelsi”nin hücumçusu Rahim Sterlinq “Aston Villa”ya təklif olunub.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Unay Emeri 29 yaşlı ingilisin planlarına və komandasına uyğunlaşacağına əmin deyil.
Sterlinq 2023/24 mövsümündə “Çelsi”nin heyətində 43 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.