“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətində olub.
İdmanxeber.az-ın məlumatına görə, London klubu “Yuventus”un ulduzu Kenan Yıldızla maraqlanıb. “Zadəganlar” türkiyəli oyunçu üçün hətta 70 milyon avro təklif verib.
Ancaq Turin klubu bu təklifi geri çevirib. Rəhbərlik Yıldızı satmaq niyyətində olmadığını bildirib.