20 Sentyabr 2024
Dünya futbolu

“Çelsi” yeni qapıçı transfer etdi

“Çelsi” “Genk”in və Belçikanın U-19 millisinin qapıçısı Mayk Pendersin transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, gənc oyunçu London klubu ilə 2032-ci ilə qədər müqavilə imzalayıb. O, cari mövsümü Belçikada keçirdikdən sonra gələn yay “mavilər”ə keçəcək.

2023/24 mövsümündə Penders ölkənin ikinci divizionunda 25 oyun keçirib və bu oyunda 42 qol buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43