“Yuventus”un hücumçusu Federiko Kyesa karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı italiyalı ilə “Çelsi” maraqlanır. London klubunun nümayəndələri futbolçunun ətrafı ilə əlaqə saxlayıb.
Forvard üçün “Liverpul”, “Tottenhem” və “Arsenal” da mübarizə aparır.