“Çelsi”nin müdafiəçisi Levi Kolvill karyerasını “Bavariya”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Münhen komandası artıq 21 yaşlı ingilis futbolçunun transferi ilə bağlı danışıqların ilk mərhələsini keçirib. “Bavariya” Bayer”in müdafiəçisi Conatan Tanı ala bilməsə, Kolvil əsas namizəd olacaq.
Müdafiəçi ötən mövsüm londonluların heyətində 32 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun “mavilər”lə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.