İdman

“Çelsi”də alınmadı, “Keşlə”də oynamaq istəyir

Son olaraq heyətini Andre Klennonla gücləndirən “Keşlə” daha bir futbolçunu sıralarına qatmaqda maraqlıdı.

İdmanxeber.com-a kluba yaxın mənbədən verilən məlumata görə, paytaxt təmsilçisinin gözü Qambiya millisinin oyunçusuna düşüb. Söhbət 29 yaşlı Ebrima Sohnadan gedir. 29 yaşlı orta xətt oyunçusunun Antalyada “Keşlə”yə qoşulması gözlənilir.

 Futoblçu karyerasının ilk illərində “Çelsi”nin düşərgəsində yer alsa da, meydana çıxa bilməməsi səbəbindən başqa klublara üz tutub. Sonhna son olaraq Finlandiyanın VPS kollektivinin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43