Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən “Çelsi” klubu keçirdiyi yoldaşlıq görüşündə Didye Drogbanı itirib.
İdmanxeber.com-un məlumatına görə, “Galatasaray”dan keçmiş klubu “Çelsi”yə transfer olunan Drogba komandasının “Ferençvaroş”la keçirdiyi yoldaşlıq görüşündə zədələnərək meydanı tərk etmeli olub. Futbolçunun zədəsi barədə rəsmi məlumat olmasa da, hücumçunun altı ay yaşıl meydanlardan uzaq qalacağı iddia edilir.