İngiltərənin “Çelsi” klubu növbəti transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, London təmsilçisi “Fiorentina”da oynayan kolumbiyalı futbolçu Xuan Kuadradonu transfer etdiyini rəsmən açıqlayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb.
“Çelsi” bu transferə görə qarşı tərəfə 35 milyon avro ödəyib.