İngiltərənin “Çelsi” klubu Çmpionlar Liqasının finalçısı Madrid “Atletiko”sunun 3 futbolçusunu heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.com-un məlumatına görə, London klubu Dieqo Koşta , Dieqo Qodin və Felipe Luisə görə 100 milyon avro ödəməyi planlaşdırır. Koşta 50, Felipe Luislə Qodin isə hərəsi 24 milyon avro qiymətləndirilir.
Əgər sözügedən futbolçuların transferi baş tutarsa müqaviləylə “Çelsi”yə məxsus Tibo Kurtua “Atletiko”da qala bilər.