İtaliya millisinin sabiq qapıçısı Marko Ameliyanın “Çelsi”yə keçidi rəsmiləşib.
İdmanxeber.com-un məlumatına görə, 33 yaşlı qolkiperlə bu mövsümün sonuna kimi müqavilə imzalanıb. O, yeni klubunda 32 nömrəli forma ilə çıxış edəcək.
Qolkiperin İngiltərə Premyer Liqasında “Aston Villa”ya qarşı matçda oynaya biləcəyi vurğulanıb.