07 Dekabr 2024
Kateqoriyasız

“Çelsi”dən “Qalatasaray”a 20 milyon arvoluq təklif

“Çelsi” qış transfer pəncərəsi zamanı Uesli Sneyderi transfer etmək istəyir. 

İdmanxeber.com-un məlumatına görə, London klubu holland futbolçu üçün 20 milyon avro ödəməyə hazırdı. 

Sneyder ötən ay “Qalatasaray”la müqaviləsini 2018-ci ilə kimi uzadıb. Sözləşməyə əsasən, Sneyderi transfer etmək istəyən klub “Qalatasaray”a 20 milyon avro ödəməlidir.

Xatırladaq ki, “Çelsi”nin baş məşqçisi daha əvvəl “Inter”də Sneyderlə birgə çalışıb. Birlikdə onlar 2009/10 mövsümündə Çempionlar Liqasını qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43