Çempionlar Liqasının yarımfinal mərhələsinin “Atletiko” (Madrid) klubu ilə ilk oyununda zədələnərək, əvəzlənməli olan Peter Çexin son durumuna aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, London klubunun rəsmi saytı çexiyalı qolkiperin əməliyyat olunduğunu və azı 2 ay yaşıl meydanlardan kənar qalacağını bildiriblər.
Qeyd edək ki, Çexin çiyni çıxdığından o, bıçaq altına düşüb.