Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə PSJ-nin qonağı olacaq “Çelsi” bu matça ciddi itki ilə çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, London klubunun aparıcı üzvü Con Terri Parisdəki qarşılaşmanı buraxmaq məcburiyyətində qalacaq. Buna səbəb futbolçunun zədəli olmasıdı.
Təcrübəli müdfaiəçi “Çelsi”nin ötəngünkü məşqində iştirak etsə də, onun adı matçın protokoluna daxil edilməyib.