Dünya futbolu

“Çelsi”nin baş məşqçisi bəlli oldu

“Çelsi” rəhbərliyi baş məşqçi Enzo Mareska ilə müqavilənin şərtlərini razılaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, London komandasıyla 44 yaşlı mütəxəssis arasındakı sözləşmə daha bir mövsüm uzatma ehtimalı ilə 2029-cu ilin iyun ayına qədər davam edəcək.

Eyni zamanda, “mavilər” italyanla müqaviləni vaxtından əvvəl pozduğu üçün “Lester”ə təzminat ödəyəcək.

Mayın 21-də “Çelsi” Maurisio Poçettino komandanın baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. 2023/24 mövsümündə londonlular Premyer Liqanın turnir cədvəlində 6-cı yeri tutub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43