16 Sentyabr 2024
Dünya futbolu

“Çelsi”nin hədəfindəki nigeriyalı

Almaniyanın “Borussiya” klubunun futbolçusu Karim Adeyemi karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” Adeyemini rənglərinə bağlamaqda maraqlıdı. London klubu nigeriyalı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Artıq tərəflər arasında danışıqlar başlayıb.

Gənc futbolçu 2022-ci ilin yayından “Borussiya”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43