“Barselona” “Çelsi”nin hücumçusu Kristofer Nkunku ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu “Çelsi”dəki mövqeyindən narazı olan 27 yaşlı fransızı diqqətlə izləyir. Futbolçu da “Barsa”ya gəlməyə müsbət yanaşır. O, hətta maaşının da azaldılmasını razıdı.
Nkunkunun “Çelsi” ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı oyunçunu 50 milyon avro qiymətləndirir.
Hücumçu bu mövsüm bütün turnirlərdə “Çelsi”nin 25 matçında 12 qol vurub və 4 məhsuldar ötürmə edib.