“Çelsi”nin hücumçusu Joao Feliks karyerasını İtaliyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Milan” “Atletiko”nun 25 yaşlı keçmiş futbolçusunu icarəyə götürməkdə maraqlıdır. Onun keçidi dekabrın sonunda vəzifəyə başlayan İtaliya klubunun yeni baş məşqçisi Serjio Konseysao tərəfindən şəxsən təsdiqlənib.
Feliks, Enzo Mareskanın komandasında 19 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.