03 Dekabr 2024
Dünya futbolu

“Çelsi”nin hücumçusu qayıtdı

“Çelsi”nin hücumçusu Kristofer Nkunku komanda ilə tam məşqlərə qayıdıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu zədədən tam sağalıb. O, mövsüm başlamamış dizindən zədələnmişdi Yarımmüdafiəçi Romeo Lavianın komanda ilə məşqlərə qayıtdığı da vurğulanıb.

Nkunku bu yay “Çelsi”yə qoşulub və hələ Premyer Liqada bir oyun keçirməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43