08 Sentyabr 2024
Dünyadan

“Çelsi”nin Madrid “kabusu”

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Atletiko” (Madrid) klubu ilə qarşılaşan “Çelsi” ciddi itkilərlə Londona dönür.

İdmanxeber.com-un məlumatına görə, “zadəganlar”ın aparıcı üzvləri Con Terrri və qapıçı Petr Çex zədələnərək oyunu yarımçıq tərk ediblər. Onların hansı müddətə sıradan çıxması haqda həkim müayinəsindən sonra məlumat veriləcək.

Bundan əlavə Con Obi Mikle və Frank Lampard Madrid klubu ilə cavab görüşündə iştirak edə biməyəcəklər. Buna səbəb hər iki futbolçunun sarı kart alaraq cəzalı duruma düşməsidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43