“Çelsi”nin müdafiəçisi Aksel Disasi Premyer Liqada klubunu dəyişib.
İdmanxeber.az-ın məlumatına görə, Fransa millisinin üzvü “Aston Villa”ya keçib. 26 yaşlı fransalı futbolçu mövsümün sonuna kimi Birmingem klubunda icarə əsasında çıxış edəcək.
Bu mövsüm Disasi bütün turnirlərdə “Çelsi”nin 17 matçında 2 qol vurub və 2 məhsuldar ötürmə edib.