01 Oktyabr 2024
Dünya futbolu

“Çelsi”nin Osimhen israrı davam edir

İcarə əsasında “Qalatasaray”da çıxış edən Viktor Osimhen klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” futbolçunun xidmətində maraqlıdır. London təmsilçisi qışda nigeriyalı üçün yeni təklif göndərəcək.

Müqavilə ilə “Napoli”yə məxsus olan Osimhen yayda icarə əsasında “Qalatasaray”la 1 illik sözləşmə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43