“Trabzonspor” Nigeriya millisinin üzvü Obi Mikeli heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, Qaradəmniz təmsilçisi 32 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalandığını açıqlayıb.
Təcrübəli futbolçu “bordo-mavililər”ə azad agent statusu ilə keçib.
Qeyd edək ki, Obi Mikel 2006-2017-ci illərdə “Çelsi”də çıxış edib. Onun son klubu “Midlsbro” olub.