19 Sentyabr 2024
Dünya futbolu

“Çelsi”nin transfer planı bəlli oldu – iki ulduz futbolçu gələ bilər

“Napoli”nin hücumçusu Viktor Osimhen və “İnter”in hücumçusu Lautaro Martinez “Çelsi”nin maraq dairəsindədir.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” rəhbərliyi qış transfer pəncərəsində bir neçə transfer etmək niyyətindədir. Komandanın transfer siyahısında qapıçılar Giorgi Mamardaşvili (“Valensiya”) və Unai Simon (“Atletik”) var.

“Çelsi” hazırda Premyer Liqada 19 oyundan sonra 25 xalla 10-cu yerdədir.

Bu mövsüm 24 yaşlı Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 17 oyun keçirib və 8 qol vurub, 3 məhsuldar ötürmə edib. 26 yaşlı Martines A Seriyasında 16 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43