İngiltərə millisinin və “Çelsi” klubunun sabiq futbolçusu Kerri Dikson həbs olunub.
İdmanxeber.com-un məlumatına görə, 53 yaşlı veteran futbolçu barda əylənən Bedfordşireri əzişdirib.
Belə ki, barda Bedfordşirerlə mübahisə edən londonluların sabiq hücumçusu ona stulla bir necə dəfə zərbə endirib. Hadisə zamanı xəsarət alan 38 yaşlı sakin veteran futbolçudan polisə şikayət edib. Olaya şahidlik edənlər də istintaq araşdırmaları zamanı Diksonun qonağa təzyiq göstərdiyini etiraf ediblər. Belədə məhkəmənin qərarıyla İngiltərə millisinin keçmiş futbolçusuna 9 ay həbs cəzası kəsilib.