“Çelsi” “WhaleFin” kriptovalyuta şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, sözləşmənin dəyəri 24,4 milyon funt sterlinqdir.
Müqavilə Premyer Liqanın növbəti mövsümündən qüvvəyə minəcək. “Zadəganlar”ın bu şirkətlə ilkin razılaşma yanvarda – rusiyalı iş adamı Roman Abramoviçin klubu satışa çıxarmasından və Böyük Britaniyanın ona sanksiyalar tətbiq etməsindən əvvəl əldə olunub. Anlaşmaya əsasən, komandanın geyim formalarının qol hissəsində “WhaleFin”in loqosu yer alacaq.