30 Dekabr 2024
Kateqoriyasız

Çempion baş məşqçi: “Bu adı qazanmaq istəyirdim”

“Çoxdandı gözlənilən çempionluq nəhayət ki, qazanıldı. Bu gün həqiqətən bir-birinə layiqli rəiblər meydanda idi. Onlar da bu il çempionluğa layiq idilər. Mən həmişə Kaxaber Sxdadazenin işini dəyərəndirmişəm. Təkcə azarkeşlərimiz yox, mən özüm də çempion adını qazanmaq istəyirdim. Futbolçularımız bu il möhtəşəm mövsüm keçirdilər”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri bu mövsümün çempionu, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun çalışdıcırısı daha sonra sözlərinə belə davam edib:

“Düşünmürəm bundan sonra digər iki matçda hansısa ciddi dəyişiklik olsun. Təbii ki, dəyişiklik olacaq. Amma ciddi dəyişikliklər olmayacaq. 

Mənim üçün hər bir futbolçu əzizdi, doğmadı. Amma Reynaldonun bugünkü oyununu xüsusi qeyd etməliyəm. Hələ o, öz potensialını tam açıb ortaya qoymayıb. Reynaldonun milliləşdirmək məısələsinə gəlincə isə düşünürəm ki, buna layiqdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43