Ölkə futbolu Premyer Liqa

Çempion bilinir: “Neftçi” – “Qarabağ” matçı üçün ehtimal edilən heyətlər

Bu gün Azərbaycan çempionatında 2020-2021 mövsümünün qalibi müəyyənləşəcək.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün son turunun son oyununda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək.

Saat 20:30-da başlayacaq görüş öncəsi “Neftçi”də hər hansı bir iktki olmasa da, “Qarabağ” axşamkı oyunda zədə səbəbindən mövsümü erkən başa vuran- Şahruddin Məhəmmədəliyev və Filip Ozobiçin xidmətindən yararlana bilməyəcək.

Ümumilikdə komandaların meydana aşağıdakı “11-lik”lərlə çıxacağını ehtimal etmək olar:

“Neftçi”: Aqil Məmmədov – Ömər Buludov, Mamdu Mbodj, Voyislav Stankoviç, Anton Krivotsyuk, Yusuf Laval – Mamadu Kane, Emin Mahmudov, Sabir Buqrin, Keysuke Honda – Namiq Ələsgərov

“Qarabağ”: Emil Balayev – Maksim Medvedev, Bədavi hüseynov, Kevin Medina, Elvin Cəfərquliyev – Qara Qarayev, Patrik Andrade, İsmayıl İbrahimli – Xayme Romero, Abdullah Zubir, Mahir Emreli


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43