Dünya futbolu

“Çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq” – Emil Balayev

Qış transfer dönəmində “Səbail”dən Qazaxıstanın “Tobol” klubuna keçən millimiz qolkiperi Emil Balayev sosial şəbəkə hesabında fikirlərini bölüşüb.

24 yaşlı əlcək sahibi “Tobol”a transferini irəli addım kimi qiymətləndirib və yeni komandasında xoş qarşılandığını vurğulayıb:

“Bu ilin əvvəlində karyeramda yeni bir qərarla «Tobol»a keçidimlə irəli yeni bir addım atdım və bu işdə mənə dəstək və kömək olan hər bir kəsə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu komandaya gəlişimin ilk günündən isti münasibət görürəm; rəhbərlik, məşqçi və inzibati heyət, həmçinin hər bir futbolçudan. Hətta komandanın kapitanı ilk gəldiyim gündəcə şəxsən məni ancaq futbolçuların iştirak edəcəyi şam yeməyinə dəvət etdi.

Günlər keçdikcə komandaya uyğunlaşmağa, mehriban kollektiv görməyə başladım və bu kollektivin özünəməxsus yumor hissi olmasıda nəzərimdən qaçmadı. Yalnız nə qədər deyib gülməyi sevən bir kollektiv olsa da, bir o qədər də məşqlərdə, oyunlarda ciddilikləri ilə seçilirlər, ilk fitdən son fitə qədər stadionun hər qarışı uğrunda mübarizə aparırlar.

İnşallah, inanıb və ümid edirəm ki, belə mehriban kollektivlə bizi çox maraqlı,gərgin, qələbələr dolu bir mövsüm gözləyir və hər birimiz yalnız qələbə və çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq!”

Yalnız irəli, «Tobol»!!!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43