Kateqoriyasız

“Çempionata tam hazırıq” – “Sabah”ın kapitanı

“Çempionata iki qələbəylə başladıq. Buna görə çox şadıq. Əlbəttə, qələbə qazanmaq həmişə xoşdur. Belə nəticələr qarşıdakı oyunlar üçün komandaya motivasiya verir”.

Bu sözləri İdmanxeber.az saytına “Sabah”ın futbolçusu Elvin Camalov deyib. O, yeni mövsümdə çempionatda 10 klubun mübarizə aparmasına da toxunub:

“Çempionatda komanda sayının artması çox xoş oldu. Gəncə və Tovuz təmsilçilərinin Premyer Liqaya qayıtması sevindiricidir. Məncə, rəqabətli bir mövsüm bizi gözləyir. Çempionata tam hazırıq. Heyətdə bütün oyunçular peşəkardırlar. Bizdən tələb ediləni yaxşı bilirik və oyunlara da bu düşüncə ilə hazırlanırıq. Yaxşı heyətimiz, mehriban kollektivimiz var. Bizə qoyulan hədəflərə nə dərəcədə nail olacağımızı mövsüm sonu görəcəyik”.

Təcrübəli futbolçu növbəti turda qarşılaşacaqları “Neftçi” görüşündən də danışıb: “Hər oyuna qələbə ilə çıxırıq. Gələn tur güclü komandayla oynayırıq. Bu matçdan da yaxşı nəticə qaznamaq üçün əlimizdən gələni edəcəyik”.

27 yaşlı futbolçu “Qarabağ”ın iki cəbhədə mübarizə aparmasının “Sabah”ın çempionluq şanslarının artırıb-artırmamasına isə belə cavab verib: “Yalnız qarşıdakı oyunlar barədə düşünürük. Çalışırıq ki, növbəti görüş hansıdır ona köklənək. “Qarabağ”ın avrokuboklardakı uğuru bizi də sevindirir. Çalışıb uğurlu seriyamızı davam etdirəcəyik”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43