Ölkə futbolu

“Çempionatda legionersiz oynamaq çətindir” – “Şamaxı”nın futbolçusu

“Maraqlı oyun oldu. Bizə qələbə qazanmaq daha vacib idi. Bu görüşə qədər 3 oyundur ki, məğlub olurduq. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalı idik. Qələbə çox vacib idi. Ancaq təəssüf ki, alınmadı. Gəncəyə üç xal üçün gəlmişdik. Əslində şanslar bərabər idi. Sadəcə, “Kəpəz” daha dəqiq oynayaraq qalib gəlməyi bacardı”.

Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın futbolçusu Əli Səmədov “Kəpəz” məğlubiyyətinin ardından deyib. O, uğursuz seriyaya baxmayaraq, kklubu yaxşı mübarizə apardığını bildirib:

“Son oyunlarda ard-arada məğlubiyyətlər alırıq. Bu durumdan çıxmaq lazımdır. Deməzdim ki, pis oynayırıq və ya enişdəyik. “Şamaxı” pis oynamır. Ancaq hiss olunur ki, ön xəttdə çatışmazlıqlar var. Bunlar düzələndən sonra nəticə əldə edə biləcəyik”.

25 yaşlı futbolçu turnir cədvəlində son sıralarda olmalarının üzərlərində təzyiq yaratmadığını vurğulayıb:

“Üzərimizdə hər hansı bir təzyiq yoxdur. Heç kim bizə əlavə basqı etmir. Ancaq öz işimizlə məşğuluq. Sərgilədəyimiz oyunun davamı yaxşı olmalıdır”.

Səmədov sabiq komandası “Kəpəz”ə qarşı oynamasının əlavə bir önəminin olmadığını bildirib. O, sırf yerli futbolçularla mübarizə aparmağın öz çətinliyinin olduğunu açıqlayıb:

“Yerli futbolçularla oynamaq asan deyil. Klub daha çox gənc oyunçuları ölkə futboluna qazandırmağa köklənib. Bu, klubun strategiyasıdır. Legionersiz, daha səviyyəli futbolçularsız oynamaq çətindir. Ancaq hər şeyə rəğmən, yenə də yaxşı mübarizə aparırıq. Bunun nəticlər gətircəyinə inanırıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43