25 Dekabr 2024
Premyer Liqa

Çempionatdaki uğursuzluğa Avroliqanın təsiri olurdu – Rəşad Sadiqov

"Liderə qarşı oynadıq. "Qarabağ" çox yaxşı komandadı. Mənə elə gəlir, layiqli oyun getdi"

İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri "Qəbələ"nın futbolçusu Rəşad Sadiqov deyib.

O, oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli futbolçu sözlərinə belə davam edib:

"Penaltini də vursaydıq, rahat oynayıb rahat qələbə qazana bilərdik. Düzdü, rəqibin də qol epizdoları oldu. Mənə elə gəlir, pis nəticə deyil. Düşünürəm, bu il bizim üçün düşərli oldu. Həm 3-cü yeri tutduq, həm də qrupa düşdük. Düzdü indi işlər bir qədər yolunda deyil. Qara zolaqdayıq. Düşünürəm ki, bu vəziyyətdən də çıxa biləcəyik.

Rahidin gəlməyi komandaya güc qatar. Onunla birlikdə oynamışıq. Rəqabətdən çəkinmirik. Cavid Hüseynova gəlincə, onu gözləyirik. Bizim üçün önəmli futbolçudu. Çempionatdaki uğursuzluğa Avropa Liqasının təsiri olurdu. Yorğunluq olurdu"

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43