İdman

Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatması bu gündü

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının və Avropa Liqasının püşkatma mərasimi keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində çıxış edən komandalar 1/8, Avroliqada yer alan kollektivlər isə 1/16 final mərhələsindəki rəqiblərini tanıyacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, ÇL-da 1/8 final mərhələsinin ilk matçları 13-14 və 20-21 fevral tarixlərində keçiriləcək. Cavab oyunları isə 6-7 və 13-14 mart tarixlərinə təsadüf edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43