16 Sentyabr 2024
İdman

Çempionlar Liqası: Azərbaycan klubu 1/4 final-da

“Birbaşa Bakı” minifutbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda 1/8 finalda Azərbaycanın digər təmsilçisi “AzNur”la üz-üzə gəlib.

Qarşılaşma “Birbaşa Bakı”nın minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Qeyd edək ki, daha əvvəl “AzNur” C qrupunu 5 xalla üçüncü pillədə başa vurub. Eyni xalı toplayan “Birbaşa Bakı” isə E qrupunda lider olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43