Bu gün Çempionlar Liqasında “pley-off” mərhələsinin püşkü atılıb.
İdmanxeber.com-un məlumatına görə, püşkə əsasən “Qarabağ”ı iki oyunun cəmində məğlub edən “Zalsburq” Çexiyanın “Malmö” komandası ilə qarşılaşacaq.
Türkiyənin “Beşiktaş” klubu İngiltərə nəhəngi “Arsenal”la qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının “pley-off” mərhələsinin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.
Çempionlar Liqasının pley-off mərhələsinin cütlükləri:
“Maribor” (Sloveniya) – “Seltik” (Şotlandiya)
“Zalsburq” (Avstriya) – “Malmö” (İsveç)
“Olborq” (Danimarka) – APOEL (Kipr)
“Styaua” (Rumıniya) – “Ludoqorets” (Bolqarıstan)
“Slovan” (Slovakiya) – BATE (Belarus)
“Beşiktaş” (Türkiyə) – “Arsenal” (İngiltərə)
“Standart” (Belçika) – “Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka) – “Bayer” (Leverkuzen, Almaniya)
“Lill” (Fransa) – “Portu” (Portuqaliya)
“Napoli” (İtaliya) – “Atletik” (Bilbao, İspaniya)