23 Oktyabr 2024
Dünya futbolu

Çempionlar Liqası BOS-da keçirilə bilər

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün finalı Azərbaycanda keçirilə bilər.

İdmanxeber.az-ın məlumatına görə, AFFA bunun üçün UEFA-ya müraciət edib. ÇL-in finalı üçün Bakı Olimpiya Stadionu göstərilib. “Atletiko”nun “Metropolitano” stadionu da namizəddir. 

Qurumun İcraiyyə Komitəsi may ayında finalların keçiriləcəyi yerləri müəyyən edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43