Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, bu gecə iki oyun keçirilib. İngiltərə “Çelsi”si ilə Portuqaliyanın “Benfika” komandası adlarını 1/4 final mərhələsinə yazdıran ilk klublar olublar.
UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları
7 mart
00:10. “Çelsi” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0
Qollar: Sterlinq, 44 (1:0), Havertz, 53-pen. (2:0)
Hakimlər: Denni Makkeli, Rocier Honiq, Yan de Vrays, Yoxem Kampuis (Niderland)
İlk oyun – 0:1
London, “Stemford Bric” stadionu
00:00. “Benfika” (Portuqaliya) – “Brügge” (Belçika) – 5:1
Qollar: Silva, 38 (1:0), Ramos, 45+2 (2:0), 57 (3:0), Mario, 71-pen. (4:0), Neres, 78 (5:0), Meiyer, 88 (5:1)
Hakimlər: Halil Umut Meler, Mustafa Emre Eyisoy, Cevdet Kömürcüoğlu, Abdulkadir Bitigen (Türkiyə)
İlk oyun – 2:0
Lissabon, “Eştadiu du Benfika” stadionu