26 Oktyabr 2024
Ölkə futbolu

Çempionlar Liqası: “Dinamo” “Qarabağ”la oyunda favorit görülüb

UEFA Çempionlar Liqası pley-off oyunları öncəsi görüşlərin favoritləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, bukmeker konturları təmsilçimiz “Qarabağ”ı “Dinamo”dan zəif görüb. Belə ki, Zaqreb klubunun qələbəsinə 1,89 əmsal verilibsə, Ağdam təmsilçisinin qalibiyyətində bu rəqəm 4,04-dür. 

Görüşün heç-heçə bitmə ehtimalına isə 3,89 əmsal təyin edilib.

“Dinamo” – “Qarabağ” matçı bu axşam saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43