12 Fevral 2025
Dünya futbolu

Çempionlar Liqası finalı ABŞ-da oynana bilər

2033-cü ildə Çempionlar Liqasının bir neçə oyunu və turnirin finalı ABŞ-da keçirilə bilər.

İdmanxeber.az-ın məlumatına görə, UEFA 2027-ci ildən etibarən ABŞ-ın “Relevent Sports” şirkəti ilə müqavilə bağlamağı planlaşdırır. Sözügedən şirkət uzun müddətdir ÇL oyunlarının Amerikada keçirilməsini arzulayır.

Hələ ötən ilin aprelində UEFA avrokubok oyunlarının başqa qitələrdə baş tutmasını qadağan edən qərarın yenidən nəzərdən keçiriləcəyini bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43