Kateqoriyasız

Çempionlar Liqası: “Mançester Siti” finalda

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Turnirin ilk finalçısı İngiltərədə bəlli olub. “Mançester Siti” Fransada 2:1 hesabı ilə məğlub etdiyi PSJ ilə qarşılaşıb. Pep Qvardiolanın komandası ev oyununda 2 cavabsız qolla qalib gəlib. Ümumi hesabda 4:1 üstün olan “şəhərlilər” ilk finalçı adını qazanıb.

Həlledici oyuna digər vəsiqəni “Çelsi” – “Real” duelinin güclüsü qazanacaq. Madriddə keçirilən ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Çempionlar Liqası
Yarımfinal (cavab oyunu)

23:00. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) – 2:0
Qollar:
 Mahrez, 11, 63

İlk oyun – 2:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43