Dünya futbolu

Çempionlar Liqası: “İnter”dən qələbə, “Borussiya” heç-heçə etdi

Bugün Çempionar Liqasında 1/8 finalın daha iki ilk oyunu keçirilib.

İdmanxeber.az xəbər verir ki, “İnter” “Atletiko”nu qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. PSV isə evdə Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab qarşılaşmaları  martın 14-ü oynanılacaq.

Qeyd edək ki, 1/8 finalın son iki ilk görüşü sabah olacaq.

20 fevral

00:00. “İnter” (İtaliya) – “Atletiko” (Madrid, İspaniya) – 1:0

Qol: Arnautoviç, 79

“Cüzeppe Meazza”

00:00. PSV (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) -1:1

Qollar: Malen, 24 (0:1), De Yonq, 56-pen. (1:1)

“Filips” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43