Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəlib.
Atatürk Olimpiya Stadionundakı qarşılaşmada İngiltərə klubu 1:0 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqası
Final
10 iyun
23:00. “Mançester Siti” – “İnter” 1:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu