UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları davam edir.
İdmanxeber.az-ın məlumatına görə, növbəti oyun günündə bir matç baş tutub. Lissabonun “Estadio Joze Alvalade” stadionunda “Leyptsiq” Madrid “Atletiko”su ilə qarşılaşıb.
Görüş almanların qələbəsi ilə başa çatıb – 2:1.
Komanda ötən gecə yarımfinala yüksələn PSJ ilə qarşılaşacaq.
13 avqust
Çempionlar Liqası 1/4 final
23:00. “Leyptsiq” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1
Qollar: Olmo, 51 (1:0), Feliks, 70-pen. (1:1), Adams, 88 (2:1)