06 Yanvar 2025
Dünya futbolu

Çempionlar Liqası: “Liverpul”, “Real” və PSJ-dən qələbə

UEFA Çempionlar Liqasının Liqa yolunda 6-cı tura start verilib.

İdmanxeber.az xəbər verir ki, “Liverpul” İspaniyada “Jirona”nın qonağı olub. İngilislər Salahın ikinci hissədə vurduğu yeganə qolla 3 xalı aktivinə yazdıra bilib.

Günün daha bir maraqlı görüşü İtaliyada keçirilib. Burada “Real” “Atalanta”nın qonağı olub. 5 qolun qeydə alındığı qarşılaşmada Madrid klubu qələbəyə sevinən tərəf olub.

UEFA Çempionlar Liqası

VI tur

10 dekabr

Dinamo (Zaqreb, Xorvatiya) – Seltik (Şotlandiya) 0:0

Jirona (İspaniya) – Liverpul (İngiltərə) 0:1
Qol: M.Salah, 63 (pen.)

Atalanta (İtaliya) – Real (İspaniya) 2:3
Qollar: D.Ketelar, 45+2, A.Lukman, 65 – K.Mbappe, 10, V.Junior, 56, C.Bellingem, 59

Bayer (Almaniya) – İnter (İtaliya) 1:0
Qol: N.Mukiele, 90

Brest (Fransa) – PSV (Niderland) 1:0
Qol: L.Kardinal, 43

Brügge (Belçika) – Sportinq (Portuqaliya) 2:1
Qollar: E.Kuarejma, 24 (avtoqol), K.Nilsen, 84 – Q.Katomo, 3

Zalsburq (Avstriya) – PSJ (Fransa) 0:3
Qollar: Q.Ramoş, 30, N.Mendeş, 72, D.Due, 85

Şaxtyor (Ukrayna) – Bavariya (Almaniya) 1:5
Qollar: Kevin, 5 – K.Laymer, 11, T.Müller, 11, M.Olis, 70 (pen.), 90+3, C.Musiala, 87

Leypsiq – Aston Villa 2:3
Qollar: L.Openda, 27, K.Baumqartner, 62 – C.Makqinn, 3, C.Duran, 52, R.Barkli, 85


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43