Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
İdmanxeber.com-un məlumatına görə, son oyun günündə daha iki qarşılaşma baş tutacaq.
İngiltərənin "Mançester Yunayted" klubu səfərdə 0:2 hesabı ilə məğlub olduğu "Olimpiakos"u qəbul edəcək.
Digər matçda Dortmund "Borussiya"sı səfərdə məğlub etdiyi "Zenit"i qonaq edəcək.
Çempionlar Liqası, 1/8 finalın cavab oyunları
19 mart
23:45. "Borussiya" (Dortmund, Almaniya) – "Zenit" 1:2 (Rusiya) (İlk oyun – 4:2)
Qol: Sebastian Kel, 38 // Halk, 10, Rondon, 73
23:45. "Mançester Yunayted" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) (İlk oyun – 0:2) 3:0
Qol: Van Persi, 25 (p), 45, 52