13 Fevral 2025
Dünya futbolu

Çempionlar Liqası: “Milan” uduzdu, “Bavariya”dan çətin qələbə

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 oyun baş tutub.

İtaliya təmsilçiləri – “Milan” və “Atalanta” səfərdə məğlub olub.

“Bavariya” Şotlandiyada “Seltik”ə çəətinliklə qalib gəlib.

UEFA Çempionlar Liqası

Pley-offun ilk oyunları

12 fevral

“Brügge” (Belçika) – “Atalanta” (İtaliya) 2:1
Qollar
: Yutqla, 15. Nilsson, 90+4-pen – Paşaliç, 41.

“Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya) 1:2
Qollar
: Maeda, 79 – Olise, 45. H.Keyn, 49.

“Feyenoord” (Niderland) – “Milan” (İtaliya) 1:0
Qol
: Payşao, 3.

“Monako” (Fransa) – “Benfika” (Portuqaliya) 0:1
Qol: Pavlidis, 48.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43