İtaliyanın Milan şəhərində 8 nəfərlik qrup “Nyukasl” tərəfdarına hücum edib.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli azarkeş otelə gedərkən kürəyindən və qolundan bıçaqlanıb. Fiziki hücumdan sonra onun vəziyyəti stabildir və bu gün xəstəxanadan çıxacağı gözlənilir.
“Milan” – “Nyukasl” görüşü bu gün Bakı vaxtıyla saat 20:45-də başlayacaq.