29 Noyabr 2024
Ölkə futbolu

Çempionlar Liqası: “Qalatasaray” birinci, “Qarabağ” ikinci oldu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Bakıda Polşanın “Rakuv” klubu ilə 1:1 hesablı heç-heçə etdiyi oyun siyahının ikinci pilləsində qərarlaşıb. Bakı Olimpiya Stadionundakı matçda tribunalarda 31 257 nəfər olub.

Ən çox azarkeş “Qalatasaray” – “Jalqiris” matçında qeydə alınıb. İstanbulda “Rams Park” stadionunda baş tutan qarşılaşmanı  41 505 tərəfdar izləyib

Qeyd edək ki, “Qarabağ” iki oyunun cəmində 3:4 (2:3, 1:1) hesabı ilə məğlub olaraq, Avropa Liqasının III təsnifat mərhələsinə yuvarlanıb. Azərbaycan çempionunun bu raunddakı rəqibi Finlandiya təmsilçisi HIK olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43