09 Sentyabr 2024
Ölkə futbolu

Çempionlar Liqası: “Qalatasaray” “Qarabağ”a rəqib ola bilər?

Çempionlar Liqasında pley-off mərhələsinin püşkü avqustun 5-də keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarabağ”ın da potensial rəqibi bəlli olacaq. Komandamızla “Lüdoqorets”in təşkil etdiyi cüt səpələnməmişlər səbətində yer alacaq.

Püşkatmada Azərbaycanda böyük azarkeş kütləsi olan “Qalatasaray” da var. Ancaq İstanbul klubu Ağdam təmsilçisinə rəqib ola bilməz. Buna səbəb “sarı-qırmızılar”ın da səpələnməmişlər səbətində yer almasıdır.

Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” Z
“Srvena Zvezda”
“Malmö” – PAOK
“Midtulland” – “Ferentsvaroş”
“Yanq Boyz”

Səpələnməmişlər
“Qarabağ” – “Lüdoqorets”
“Qalatasaray”
“Slovan” – APOEL
“Yagellonya” – “Bodo Qlimt”
“Sparta” – “Styaua”

Liqa yolu
Səpələnmişlər

“Dinamo” K – “Reyncers”
“Slaviya” – “Union Sent Jiloaz”
Səpələnməmişlər
“Lill” – “Fənərbaxça”
“Zalsburq” – “Tvente”

Oley-off matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43