16 Sentyabr 2024
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” – “Linkoln” oyununun biletləri satışa çıxır

UEFA Çempionlar Liqasının II təsnifat mərəhləsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununun biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43