Bu gün “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Bolqarıstan “Ludoqorets”i ilə evdə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcən matç rəqibin qələbəsiylə başa çatıb – 1:2.
Görüşü İsveçrədən olan referi Urs Şnider idarə edib.
Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.
“Qarabağ” – “Ludoqorets” cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.
6 avqust.
20:00. “Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) 1:2
Qol: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2)
Baş hakim: Urs Şnider, Marco Zürcher, Benjamin Zürcher, Sven Wolfensberger (İsveçrə)
VAR hakimləri: Fedayi San, Johannes von Mandach
Tofiq Bəhramov adına Respublika Stadionu